İngiltərəli futbolçu Madrid derbisinə qədər sağala biləcək?

İngiltərəli futbolçu Madrid derbisinə qədər sağala biləcək?

La Liqanın yeddinci turunda azarkeşlər "Real" və "Atletiko" arasında Madrid derbisinin şahidi olacaqlar.

Olimpnews.az xəbər verir ki, həmin matça qədər "Kral klubu"un ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqemin heyətə qayıdışı gözənilir. "Metropolitano"da keçiriləcək qarşılaşma sentyabrın 28-nə təsadüf edəcək.

Qeyd edək ki, 22 yaşlı Bellinqem yayda çiynindən zədə aldığı üçün əməliyyat olunub. Həkimlər onun sağalma dövrünü noyabrın əvvəlinə qədər çəkəcəyini söyləmişdilər.