UEFA Çempionlar Liqasına vəsiqə qazana Almatı təmsilçisi “Kayrat”ın oyunlarının Astanada keçirilməsi nəzərdə tutulmayıb.
"Almatıdakı stadion Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) dördüncü kateqoriyalı arenasıdır. O, standartlara cavab verir, biz orada oyunları keçirməyi planlaşdırırıq", - deyə Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov parlamentin hər iki palatasının iclasından sonra bildirib.
Xatırladaq ki, Çempionlar Liqasına ilk dəfə vəsiqə qazanan “Kayrat” “Real”, “İnter”, “Brügge”, “Arsenal”, “Olimpiakos”, “Sportinq”, “Pafos” və “Kopenhagen”lə oynayacaq.