Gənc cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Gənc cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatına start veriləcək.

Olimpnews.az xəbər verir ki, 43 ölkədən 364 (199 oğlan, 165 qız) idmançının mübarizə apardığı yarışda Azərbaycan komandası 13 (9 oğlan, 4 qız) idmançı ilə təmsil olunacaq. Yarışın ilk günündə Azərbaycan komandasının 4 çəki dərəcəsində 7 cüdoçusu tatami üzərinə çıxacaq. Oğlanların mübarizəsində Nihad Məmişov (-60 kq) 1/8 finalda Qor Safaryan (Ermənistan) və Asxab İsayev (Belçika) cütünün qalibi ilə qarşılaşacaq. Bu çəki dərəcəsində mübarizə aparan Fərid Qarayev isə eyni mərhələdə Luka Kabesana (Almaniya) və Ferents Fedora (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. 

 -66 kq çəki dərəcəsidə tatami üzərinə çıxacaq Məhəmməd Musayev 1/16 finalda estoniyalı Edvard Yakimovla, Nizami İmranov isə Yakub Kurovski (Polşa) və Yuray Odkladal (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. 

Qızların yarışında isə Fəridə Əzizova (-48 kq) 1/16 finalda Viktoriya Slaşokla (Polşa) üz-üzə gələcək. -52 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq Xədicə Qədəşova 1/16 finalda gürcüstanlı Nino Tatrişvili, eyni çəkidə qüvvəsini sınayacaq Aydan Vəliyeva isə Klara Ertenlə (Almaniya) qarşılaşacaq. Təsnifat görüşləri saat 12:00-dan etibarən start götürəcək. Final bloku isə 17:30-da başlayacaq. 

Gənc cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar