Yay transfer pəncərəsində dünyanın bütün liqalarında çıxış edən futbol klubları 9,76 milyard dollar xərcləyib.
Olimpnews.az FİFA-nın rəsmi saytının məlumatına istinadən xəbər verir ki, bu yeni rekord sayılır.
Qeyd olunur ki, bu mərhələdə 12 minə yaxın transfer müqaviləsi bağlanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artım qeydə alınıb. Ölkələr arasında rekord Premyer Liqaya məxsusdur. İngiltərə təmsilçiləri yay transfer pəncərəsində 3,19 milyard dollar xərcləyiblər.