“Mahir nişançı”lar hədəfi dəqiq vurdular

“Mahir nişançı”lar hədəfi dəqiq vurdular



Mərdəkan qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan güllə atıcılığı üzrə "Mahir nişançı” turniri keçirilib. Xəzər rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən yarış fevralın 19-da start götürüb. Qeyd edək ki, yarış Xəzər Rayon Gənclər və İdman idarəsi, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin təşəbbüsü ilə təşkil olunub. Yarışda rayonun gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin müdiri Ağaşah Yusifov iştirak ediblər. Məlumat üçün bildirək ki, turnirdə ümumilikdə 15 komanda mübarizə aparıb. 75 idmançının iştirak etdiyi yarışda komanda hesabinda 181 N-li tam orta məktəb I olub. 156 N-li tam orta məktəb II, 234 N-li tam orta məktəb isə III pillənin sahibi olub. Qalib komandalar diplom və hədiyyələrlə təltif ediliblər.