"Qoca Sinyora"dan yeni təklif  

"Qoca Sinyora"dan yeni təklif  

Turinin "Yuventus" klubu hücumameyilli yarımmüdafiəçi Kənan Yıldızla müqaviləni artırmaq istəyir.

Olimpnews az "La Gazzetta dello Sport"un məlumatına istinadən xəbər verir ki, "Qoca Sinyora" türkiyəli futbolçuya 2030-cu ilin yayına qədər müqavilə təklif edib. Hazırkı müqavilə 2029-cu ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Yıldız ötən mövsüm bütün yarışlarda 52 matçda 12 qol, 9 məhsuldar ötürmə müəllifi olub.