"Liverpul" özünəməxsus olan Akademiyanın yenidən qurulmasına 23 milyon avro sərmayə qoyacaq.
Olimpnews.az “The Athletic” portalının dərc etdiyi məlumata istinadən xəbər verir ki, son 5 ildə “Liverpul” akademiyalarının satışından 230 milyon avrodan çox gəlir əldə edib. Ərazidə tibb və idman və elmi sahələrə də geniş yer ayrılacaq. Süni örtüklü ot örtüyü əvəzlənəcək və orada 500 tamaşaçı üçün yeni tribuna olacaq.
Bildirilir ki, "Liverpul"un bu layihəni 2028-ci ildə tamamlayacağı nəzərdə tutub.