Gənc cüdoçularımız Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatına uğurla start verilblər.
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 4 çəki dərəcəsində 7 idmançısı mübarizəyə baslşlayıb. Təmsilçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurublar.
-60 kq çəki dərəcəsində tatami üzərinə çıxan Nihad Məmişov 1/8 finalda ermənistanlı, 1/4 finalda isə komanda yoldaşı Fərid Qarayevə qalib gəlib. Yarımfinalda Fransa təmsilçisindən də üstün olan Nihad həlledici qarşılaşmada italiyalı Fransisko Sampionoya qalib gələrək Avropa çempionu tituluna sahib çıxıb.
Komandamıza növbəti qızıl medalı isə -66 kq çəki dərəcəsində tatami üzərinə çıxan Məhəmməd Musayev qazandırıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançımız əvvəlcə Estoniya, Nideland, Azərbaycan və Gürcüstan idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə fransalı Aleksis Renarda da qalib gələn cüdoçumuz qızıl medala layiq görülüb.
1/4 finalda Məhəmməd Musayevə məğlub olan Nizami İmranov (-66 kq) isə çıxışını bürünc medalla tamamlayıb. O, həlledici görüşdə İsrail idmançısıdan güclü olub.
Beləliklə, ilk günü 3 medalla başa vuran yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, 43 ölkədən 364 (199 oğlan, 165 qız) idmançının mübarizə apardığı yarışda Azərbaycan komandası 13 (9 oğlan, 4 qız) idmançı ilə təmsil olunur.
Avropa çempionatı: cüdoçularımızdan uğurlu başlanğıc

