Sabah VIII Respublika turnirinə start veriləcək

Sabah VIII Respublika turnirinə start veriləcək

26 fevral-Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar fevralın 22-də saat 11.00-da Cəmşid Naxçıvanski adına hərbi liseydə ali təhsil müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə VIII Respublika turniri təşkil ediləcək. Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.
Turnirdə respublikanın 23 ali təhsili müəssisəsindən 100-ə yaxın tələbə iştirak edəcək. Yarışın keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərmək, güllə atıcılığı üzrə idman növünü geniş təbliğ etməkdir.
Qeyd edək ki, turnir "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.6.(Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, layihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması) yarımbəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir.