İngiltərə və Portuqaliyadan inamlı qələbə 

İngiltərə və Portuqaliyadan inamlı qələbə 

Ötən gecə futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib. 
Olimpnews.az xəbər verir ki, F, H, K qruplarında ümumilikdə 6 qarşılaşma təşkil olunub. F qrupunda yer alan Portuqaliya millisi səfərdə Ermənistana böyükhesabla qalib gəlib -5:0. Bu qrupun digər oyununda isə İrlandiya seçməsi doğma meydanda Macarıstanın müqavimətini qıra bilməyib. Dörd qolun vurulduğu oyun 2:2 hesabı ilə başa çatıb. H qrupunda isə San Marino yığması Bosniya və Herseqovinanı qəbul edib. Oyun qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə Avstriya millisi Kiprə 1:0 hesabı ilə qalib gəlib. Gecənin digər oyununda K qrupund ayer alan İngiltərə millisi Andorranı 2:0, Serbiya isə səfərdə Latviya millisini 1:0 üstələyib.