Keçmiş "Barselona"lılar cəzasız qalmadılar 

Keçmiş "Barselona"lılar cəzasız qalmadılar 

"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares Liqa Kubokunun final oyununda nalayiq davranışa görə cəzalandırılıb.

Olimpnews.az təşkilat komitəsinə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu "Sietl"lə görüşdə klubun nümayəndəsinə tüpürüb, buna görə də 6 oyunluq cəzalanıb. Bu o deməkdir ki Suares növbəti Liqa Kubokunu buraxacaq. Bundan başqa, rəqibin çənəsinə yumruq vuran onun komanda yoldaşı Sergio Busqets 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. “İnter Tomas Aviles üç oyun komandasına kömək edə bilməyəcək.