"Tur de Frans"ın britaniyalı dördqat qalibi Kristofer Frum məşq zamanı yıxılıb.
Olimpnews.az xəbər verir ki, Fransanın Tulon şəhərindəki "Sainte-Anne" xəstəxanasına yerləşdirilən velosipedçinin vəziyyəti qənaətbəxşdir.
"Bu gün xəstəxanadan çıxıb evə qayıda bildiyimə görə şadam. "Sainte-Anne" xəstəxanasının bütün əməkdaşlarına təşəkkür edirəm", - deyə çempiom sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, avqustun 27-də Kristofer Frum helikopterlə Tulondakı xəstəxanaya aparılıb. Həkimlər velosipedçiyə beş qabırğa və fəqərənin sınığı, həmçinin ağciyərinin zədələnməsi diaqnozu qoyublar. İdmançının həyat yoldaşının dediyinə görə, Frumürəyin qoruyucu pərdəsi olan perikardın yırtılmasından əziyyət çəkib.