İtaliya millisinin müdafiəçisi Alessandro Bastoni bildirib ki, millinin yeni baş məşqçisi Cennaro Qattuzo Estoniya ilə matçın fasiləsində futbolçuları yumruqlayıb.
Olimpnews.az xəbər verir ki, fasilədə hesabı aça bilməyən italiyalılar ikinci hissəsdə rəqib qapısından 5 cavabsız top keçiriblər. "Bastoni Qattuzonun sillələri haqqında məcazi mənada danışıb? Xeyr, o, bizə sillə vurdu. Mənim də boynuma sillə vurdu. Bunu pis mənada etmədi. O, bizə əzmkarlıq verdi. Biz istedadlı oyunçularıq, sadəcə olaraq meydanda özümüzü göstərmək və bunu sübut etmək lazımdır".
Qeyd edək ki, Estoniya ilə matç Qattuzonun İtaliya millisinin baş məşqçisi kimi debütü olub.