Arılar futbol matçına mane olublar

Arılar futbol matçına mane olublar

Tanzaniyada futbol matçı fövqəladə vəziyyətə görə bir müddət yarımçıq dayandırılmalı olub.

Olimpnews.az TalkSport-a istinadən xəbər verir ki, "City FC Abuja" - "JKU FC" matçında 77-ci dəqiqədə hesab 1:1 olarkən qəfildən arıların hücmuna görə hər iki komandanın futbolçuları hakimin göstərişi ilə yerə yıxılıb. Əvəzedicilər hətta skamyanın altında gizləniblər.

Tezliklə arılar meydanı tərk edib, tərəflər 1 xalla kifayətləniblər.