Səmti müəyyən edənlər Türkiyədə yarışacaqlar

Səmti müəyyən edənlər Türkiyədə yarışacaqlar


Fevralın 26-da səmti müəyyən etmə növü üzrə yığmamız dünya kuboku və "Antalya O-Days” turnirində iştirak etmək üçün Türkiyəyə yolllanacaq. Yığmamızın heyətində Vladislav Tuzov, Ramin Əliyev, Elina Çerpakova və Tatyana Qəniyeva yer alıb. Yarışlardan əvvəl Türkiyənin Manavqat, Kəmər və Antalya şəhərlərində təşkil olunacaq təlim-məşq toplanışında beynəlxalq dərəcəli mütəxəssislər və məşqçilər də iştirak edəcəklər. Yarışlar fevralın
27-dən martın 2-dək davam edəcək.