Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
Olimpnews.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi də bu gün növbəti oyununu keçirəcək. Komandamız Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna millisini qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyunu yunanıstanlı ədalət təmsilçisi Vassilis Fotias idarə edəcək. Ötən gün portuqaliyalı baş məşqçis Fernandu Santuşu istefaya göndərən millimizi bu oyunda U-21-in baş məşqçisi Ayxan Abbasov meydana çıxaracaq.
Qeyd edək ki, İslandiya, Fransa və Ukrayna komandaları ilə eyni qrupda yer alan millimiz ilk oyuundan sonra sonuncu pillədə qərarlaşıb. Komandamız ilk oyunda İslandiyaya səfərdə 5:0 hesabı ilə məğlub olmuşdu.