Daha bir yığma komandanın baş məşqçisi istefaya göndərilib

Daha bir yığma komandanın baş məşqçisi istefaya göndərilib

Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev istefaya göndərilib.

Olimpnews.as qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar ölkə Futbol İttifaqının nümayəndələri ilə görüşdən sonra qəbul edilib. İliyevin istefası komandanın 2026-cı il dünya çempionatının seçmə turnirində qeyri-qənaətbəxş nəticələrinin nəticəsi olub. E qrupunun iki oyununda Bolqarıstan millisi İspaniya və Gürcüstan komandalarına eyni hesabla uduzub- 0:3.
Yığmanın yeni baş məşqçisinin adının yaxın vaxtlarda açıqlanacağı qeyd olunur.