Azərbaycan millisinin üzvü Emin Mahmudov yığma komandanın ən məhsuldar futbolçusu ünvanına yiyələnib.
Olimpnews.az xəbər verir ki, 33 yaşlı futbolçu Ukrayna millisi ilə Bakıda keçirilən matçda fərqlənməklə 15-ci qoluna imza atıb. 72-ci dəqiqədə penaltidən fərqlənərək bərabərlik qolunu vuran futbolçu bununla da Qurban Qurbanovun 21 illik rekordunu qırıb.
Xatırladaq ki, hər iki futbolçunun aktivində buna qədər 14 qol var idi.
Emin Mahmudov millimizin ən sərrast futbolçusu oldu
