Millimiz seçmə mərhələdə ilk xalını qazandı 

Millimiz seçmə mərhələdə ilk xalını qazandı 

Futbol üzrə milli komandamız dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. 
Olimpnews.az xəbər verir ki, Də qrupunda yer alan yığma komandamız Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığmasını qəbul edib. Yunanıstanlı baş hakim Vassilis Fotiasın idarə etdiyi oyun 1:1 hesablı bərabərliklə baş çatıb. Matçda hesab 51-ci dəqiqədə açılıb. Ukrayna millisinin üzvü Georgi Sudakov fərqlənib. Lakin qarşılaşmanın 72-ci dəqiqəsində Emin Mahmudov penaltidən fərqlənməklə bərabərlik qolunun müəllifi olub. Beləliklə, millimiz seçmə mərhələdə ilk xalını qazanıb. Hazirda komandamız bir xalla D qrupunda Ukrayna yığması ilə birgə üçüncü, dördüncü yerləri bölüşdürür. Komandamız buraxılan topların sayına görə sonuncu - dördüncü pillədə qərarlaşıb. Komandamız növbəti oyununu oktyabrın 10-da səfərdə Fransa yığmasına qarşı keçirəcək. 
Qeyd edək ki, bu qrupun digər oyununda Fransa seçməsi doğma meydanda ilk oyunda millimizə 5:0 hesabı ilə qalib gələn İslandiya yığması ilə qarşılaşacaq.