Niko Uilyams 6 həftə yaşıl meydanlardan kənarda qalacaq 

Niko Uilyams 6 həftə yaşıl meydanlardan kənarda qalacaq 

Türkiyə millisi ilə oyunda zədələnən İspaniyanın "Atletik" klubunun cinah hücumçusu Niko Uilyamsın yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib. 
Olimpnews.az xəbər verir ki, 22 yaşlı futbolçu 6 həftə komandasına kömək edə bilməyəcək. O, bu müddət ərzində La Liqada “Alaves”, “Valensiya” və UEFA Çempionlar Liqasında “Arsenal”la oyunlarda iştirak etməyəcək.