Norveç millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova komandası ilə qarşılaşıb.
Olimpnews.az xəbər verir ki, İ qrupunda yer alan komandaların mübarizəsində Norveç millisi böyükhesablı qələbə qazanıb - 11:1. Meydan sahiblərin heyətində Erlinq Holann beş qolla yadda qalıb. O, matçın 11, 36, 43, 52 və 83-cü dəqiqələrində fərqlənib. 25 yaşlı hücumçu XXI əsrdə dünya çempionatlarının seçmə mərhələsində bir qarşılaşmada beş qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb. Digər qolları isə Feliks Hörn Myure (6), Martin Odeqard (45+1), Telo Asqard (68, 76,79, 90+1) rəqib qapısından keçirib. Qonaqların yeganə təsəlli qolu isə 74-cü dəqiqədə vuurulub. Həmin qolu isə norveçli futbolçu Leo Ostiqard öz qapısına göndərib. Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran Norveç millisi 5 oyundan maksimum nəticə toplayaraq birinci pillədə qəarlaşıb. Keçirdiyi bütün oyunlarda məğlub olan Moldova millisi isə qrupda sonuncu- beşincidir.
Norveçdən böyükhesablı qələbə
