Kriştianu Ronaldo Portuqaliya Liqası tərəfindən bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Olimpnews.az xəbər verir ki, ulduz futbolçu mükafata görə Portuqaliya Liqasına minnətdarlığını bildirib. “Bütün zamanların ən yaxşı futbolçusu adına layiq görülmək böyük şərəfdir. Ölkəm üçün belə bir nailiyyət qazanmaq mənim üçün böyük qürurdur. Karyeram boyu bu möhtəşəm mükafata çatmağımda mənə kömək edən komanda yoldaşlarıma təşəkkür edirəm. Həmçinin bütün məşqçilərə və daim inkişaf etməyim üçün mənə dəstək olan hər kəsə minnətdaram”, - deyə Ronldo qeyd edib.
Ronaldo bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görülüb
