Dua Lipanı trendə qoşdular

Dua Lipanı trendə qoşdular

Məşhur britaniyalı model və müğənni Dua Lipa gözlənilmədən futbol trendinə çevrilən adi fotosu ilə diqqət mərkəzinə düşüb.

Olimpnews.az xəbər verir ki, futbolsevərlər xüsusi foto montaj proqramlarından, eləcə də süni intellektdən istifadə edərək müğənniyə sevimli klublarının formasını geyindiriblər. Belə ki, Lipa artıq İspaniyanın “Valensiya”, “Bayern Münhen”, "Borussia" D, “Arsenal”, “Flamenqo” və bir çox digər klubların köynəklərində “sınanılıb”.
Qeyd edək ki, 30 yaşlı müğənni müsahibələrinin birində “Arsenal”a azarkeşlik etdiyini etiraf edib.