"Milan"la razılığa gələn fransalı yarımmüdafiəçi Adrien Rabio keçmiş klubu "Marsel"lə vidalaşıb.
Olimpnews.az xəbər verir ki, "Velodromda hökm sürən ab-hava həmişə mənimlə olacaq. Bu klubun rənglərini qorumaq mənim üçün böyük şərəf idi. Uşaqlar, hər şeyə görə təşəkkür edirəm", - deyə yarımmüdafiəçi sosial şəbəkə hesabında yazıb.
Məlumat üçün bildirək ki, 30 yaşlı futbolçu Milan klubu ilə 3 illik müqavilə imzalayıb. İtaliya təmsilçisi qarşı tərəfə 7 milyon avro təzminat ödəyib.
Fransalı futbolçu köhnə klubu ilə vidalaşıb
