Laporte "Atletik"də

Laporte "Atletik"də

İspaniyanın "Atletik" klubu Aymerik Laporte transferini rəsmi olaraq ictimaiyyətə açıqlayıb. 
Olimpnews.az xəbər verir ki, "basklar" azad agent kimi yenidən La Liqaya dönən 31 yaşlı ispaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb. 
Qeyd edək ki, transfer pəncərəsinin son günlərində rəsmi sənədlərin təqdim olunmasında problemlər yarandığı üçün keçid baş reallaşmayıb. FIFA bu gün futbolçu üçün beynəlxalq transfer sertifikatının (CTI) tələb olunmasına icazə verdikdən sonra keçid tamamlanıb.