Misli Premyer Liqasında dördüncü tura start verilir 

Misli Premyer Liqasında dördüncü tura start verilir 

Bu gün futbol üzrə Misli Premyer Liqasında IV turun oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, turun açılış oyunu Qəbələdə baş tutacaq. Turinir cədvəlinin debütantı "Kəpəz" Qəbələ şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 17:45-də start götürəcək oyunu Rauf Cabbarov idarə edəcək. üç tirdan sonra aktivində 7 xalı olan Naxçıvan təmsilçisi üçüncü, keçirdiyi bütün oyunlarda məğlub olan "Kəpəz" isə sonuncu - 12-cidir. 

Günün ikinci qarşılaşmasında isə son çempion "Qarabağ" "Azərsun Arena"da "Zirə"ni qəbul edəcək. Saat 20:00-da başlayacaq oyunun baş hakimi Rəşad Əmədov olacaq. Bir oyun az keçirən Ağdam təmsilçisi 3 xalla yeddinci pillədə qərarlaşıb. Qəsəbə təmsilçisi isə 7 xalla "Sumqayıt" və "Araz Naxçıvan"la birgə turnir cədvəlinə şərili liderlik edir. 

Qeyd edək ki, turun digər oyunları sentyabrın 13-14-də təşkil olunacaq.