Türkiyənin "Trabzonspor" klubu "Mançester Yunayted"in qapıçısı Andre Onananın transferini rəsmi olaraq açıqlayıb.
Olimpnews.az xəbər verir ki, 29 yaşlı kamerunlu futbolçu mövsümün sonuna qədər "qaradənizlilər"in formasını geyinəcək. Müqavilədə icarə ödənişi nəzərdə tutulmayıb. Futbolçu yeni kluunda 3,5 milyon dollar maaş alacaq.