Son çempion "Qarabağ" Misli Premyer Liqasında növbəti dəfə xal itkisi ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün keçirilən dördüncü tur çərçivəsində "Azərsun Arena"da "Zirə" klubu ilə heç-heçə edib -1:1.
Matçda hesabı 39-cu dəqiqədə Ruan Renato açıb. O, "Qarabağ"ın qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Lakin qəsəbə təmsilçisi qələbə hesabını sona qədər qoruya bilməyib. Matçın 81-ci dəqiqəsində Kadi Borqes bərabərlik qolunu vuraraq matçda yekun hesabı bərabərləşdirib. Bu nəticədən sonra aktivində 8 xalı olan "Zirə" ikinci pillədə qərarlaşıb. Bir oyun az keçirən Qurban Qurbanovun komandası isə 4 xalla beşincidir.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 13-14-də keçiriləcək.