Türkiyənin "Başakşəhər" klubu yay transfer pəncərəsinin son günündə heyətini iki yeni futbolçu ilə gücləndirib.
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Ren" klubunda forma geyinən Doğan Alemdar və Bertuğ Yıldırımı transfer edib.
Hər iki futbolçu ilə 4 illik müqavilə imzalanıb.
"Başakşəhər"sən son gündə iki transfer
