Futbol üzrə Almaniya Bundesliqasında üçüncü tura star verilib.
Olimpnews.az xəbər verir ki, turun açılış oyununda "Bayer Leverkuzen" və "Ayntraxt" komandaları qarşılaşıb. 4 qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -3:1. "Bayer"in heyətində Aleks Qrimaldo (10, 90+8) və Patrik Şik (45+4, p) vurub. Frankfurtluların yeganə təsəlli qolunu isə 52-ci dəqiqədə Can Uzun vurub. Oyunun 57-ci dəqiqəsində Robert Andrik , 90+2-ci dəqiqəsində isə Ezeguel Fernandes ikinci sarı vərəqəni alaraq "Bayer"i azlıqda qoyub. Beləliklə, Kasper Hyulmand yeni klubunda keçirdiyi debüt matçını qələbə ilə tamamlayıb. Üç turdan sonra altı xalı olan "Ayntraxt" üçüncü, dörd xala malik olan "Bayer" isə yeddincidir.