Bu gün futbol üzrə Misli Premyer Liqasında IV tura iki oyunla yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu Şamaxı şəhər stadionunda təşkil olunacaq. "Şamaxı" klubu doğma azarkeşlər önündə "Karvan-Yevlax" klubu ilə üz-üzə gələcək. Saat 16:30-da başlayacaq oyunu Fərid Hacıyev idarə edəcək. üç turdan sonra aktivində 4 xalı olan Yevlax təmsilçisi yeddinci, "Şamaxı" klubu isə 2 xalla doqquzuncudur.
Turun son oyunu Bakıda "Neftçi Arena"da baş tutacaq. "Neftçi" komandası doğma meydanda "Sabah"ı qonaq edəcək. Saat 19:00-da başlayacaq oyunun baş hakimi İnqilab Məmmədov olacaq. Bir oyun az keçirən "Sabah" 3 xalla 8-ci, aktivində 2 xalı olan "Neftçi" isə 10-cudur.