İspaniya nəhəngi FİFA-ya hesabat göndərəcək

İspaniya nəhəngi FİFA-ya hesabat göndərəcək

Madrid "Real"ı İspaniyada futbol hakimliyindən narazı olmaqda davam edir. Buna görə də klub rəhbərliyi FİFA-ya şikayət ünvanlamağa hazırlaşır.  Bu barədə kluba məxsus Real TV-nin rəsmi media kanalı məlumat yayıb. 
Kluba məxsus olan Real TV-nin açıqlamasında qeyd olunur ki, FİFA-ya göndərilən şikayət hesabatında verilən İspaniya futbolunda həm ötən mövsüm, həm də bu mövsüm baş verən hakimliklə bağlı insidentlər öz əksini tapacaq. 
Şikayətin hazırlanması ilə bağlı məlumat "Real"ın İspaniya çempionatının 4-cü turunun "Real Sosyedad"la 2:1 hesablı qələbəsindən sonra, "Real"ın müdafiəçisi Din Huysenin 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə almasından sonra ortaya çıxıb.