İngiltərə Premyer Liqasında 4-cü turun oyunları davam edir. Turnir cədvəlində xal itirməyən "Liverpul" bu gün "Bernli"nin qonağı olub. "Terf Mur" stadionunda keçirilən qarşılaşmada 90 dəqiqə ərzində tərəflər fərqlənə bilməyiblər. 84-cü dəqiqədə bir nəfər azlıqda qalan "Bernli" hesabı sona qədər qoruya bilməyib. 95-ci dəqiqədə hakimin təyin etdiyi onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Məhəmməd Salah komandasına növbəti üç xalı qazandırıb.
"Liverpul" yenə də xal itirmədi
