Futbol üzrə Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, turun sonuncu oyun günündə "Şamaxı" klubu doğma meydanda "Karvan-Yevlax"ı qəbul edib. Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.