Məlumdur ki, 1976-cı ildə futbol üzrə Avropa çempionatının finalı artıq xəritədə mövcud olmayan Yuqoslaviyada keçirilib.
Olimpnews.az xəbər verir ki, həmin vaxt yarışın qalibi Çexoslovakiya yığması olmuşdu. Lakin 1993-cü ildə Çexiya və Slovakiya ayrıldıqdan sonra UEFA otuz ildən çox mübahisə yaradan bir qərar verdi. Çexiya 1976-cı ildə çempionluq titulunu miras alaraq Çexoslovakiyanın hüquqi varisi kimi tanındı. Siyahıda Slovakiyanın adı yer almadı. Artıq slovakiyalılar statuslarını dəyişdirə bildilər. 1976-cı il komandasına nə az, nə çox, yeddi futbolçu verən Slovakiya da çempionatın qalibi statusuna yiyələnib.