Münhen "Bayern"i 23 yaşlı cinah yarımmüdafiəçisi Mixael Olise ilə müqavilənin müddətini artırmağa hazırlaşır.
Olimpnews.az TBR Football portala istinadən xəbər verir ki, Olisenin xidmətində maraqlı olan digər klubları qabaqlamaq üçün bu addım atılacaq. "Olise indi başqa səviyyəyə yüksəlib. "Bavariya"ya qoşulduqdan sonra o, irəliyə doğru böyük bir addım da atdı. Onu almaq üçün çox pul lazım olacaq", - deyə transfer eksperti Qrem Beyli deyib.
Məlumat üçün bildirək ki, fransalı futbolçu ötən mövsüm 55 matçda 20 qol vurub və 23 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2029-cu ildə başa çatır.