"De Bruyneyə qarşı oynamaq qeyri-adi olacaq" - Doku

"De Bruyneyə qarşı oynamaq qeyri-adi olacaq" - Doku

"Mançester Siti"nin futbolçusu Ceremi Doku "Napoli"də çıxış edən Kevin De Bruyne ilə gözlənilən görüş haqda fikirlərini açıqlayıb. Belə ki, Pep Qvardiolanın komandası sentyabrın 18-də Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda öz meydanında Napolini qəbul edəcək. "De Bruyneyə qarşı oynamaq qeyri-adi olacaq. Cəmi bir həftə əvvəl Belçika millisində birlikdə oynamışdıq. Düşünürəm ki, Kevin evə qayıtmaqdan məmnun olacaq. Amma biz mərhəmət göstərməyəcəyik. Məqsədimiz hər matçda qalib gəlməkdən ibarətdir, - deyə Doku bildirib.
Xatırladaq ki, Kevin De Bruyne 10 il "Mançester Siti"də çıxış edib. Ötən yay yarımmüdafiəçi azad agent kimi Neapol klubuna keçib.