“Strasburq”un baş məşqçisi azarkeşlərdən narazıdır

“Strasburq”un baş məşqçisi azarkeşlərdən narazıdır

Fransanın “Strasburq” klubunun baş məşqçisi Liam Rosenior klub azarkeşlərinin davranışı ilə bağlı mətbuta açıqlama verib. O, qapıçı və komandanın kapitanı Emanuel Emeqaya ünvanlanan və kapitan sarğısından imtina etməyi təklif edən pankartdan narazı qalıb. "Keçən il bu komanda azarkeşlər üçün hər şey etdi. Futbolçularımın layiq olduğu hörməti yerə vuran kiçik bir azarkeş toplusu məni məyus etdi. Əgər kifayət qədər yaxşı olmasaq, tənqidi qəbul edərəm ", - LEquipe baş məşqçinin sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, tezliklə "Çelsi"yə keçəcək Emeqa "Havr"la oyundan əvvəl klubun avqust ayının ən yaxşı oyunçusu mükafatını alıb. Azarkeşlər onun bu keçidini sərt şərtlə tənqid ediblər.