"Başakşəhər"in yeni baş məşqçisi müəyyənləşdi 

"Başakşəhər"in yeni baş məşqçisi müəyyənləşdi 

Türkiyənin "Başakşəhər" klubunda baş məşqçi dəyişikliyi olub.  
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisini Türkiyə əsilli almaniyalı mütəxəssis Nuri Şahin idarə edəcək. 
37 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalanıb. Daha əvvəl Almaniyanın "Borussiya Dortmund" klubunun baş məşqçisi olan Nuri Şahin yeni klubunda Çağdaş Atanı əvəzləyib.