Ançelottinin 7 ən yaxşı seçimi

Ançelottinin 7 ən yaxşı seçimi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottidən birlikdə işlədiyi ən yaxşı futbolçuların adını çəkməyi xahiş ediblər. 
Olimpnews.az xəbər verir ki, o, yeddi futbolçunun adını çəkib. "Ronaldo, Kriştianu Ronaldo, Kaka, Luka Modriç, Toni Kroos, Vinisius Junior və Didye Droqba", - deyə Karlo ESPN-in sualını cavablandırıb.
Məlumut üçün bildirək ki, italiyalı baş məşqçi bu yay Braziliya millisində işə başlayıb. Onun yığma komandası  gələn il təşkil ediləcək futbol üzrə dünya çempionatında çıxış edəcək.