"Union" səfərdən qələbə ilə qayıdır 

"Union" səfərdən qələbə ilə qayıdır 

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura start verilib. 
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk turunun ilk oyununda Nidelandın PSV klubu Belçikanın "Union" komandası ilə qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb -1:3. Belçika təmsilçisinin heyətində Promis David (9, p), Anouar Ait El Hadi (39) və Kevin Mak Allister (81) fərqlənib. Meydan sahiblərinin yeganə təsəlli qolunu isə 90-cı dəqiqədə Ruben Van Bommel vurub.