Tələbələr Hərbi liseydə hədəfi nişan alacaqlar

Tələbələr Hərbi liseydə hədəfi nişan alacaqlar


Fevralın 26-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ali təhsil müəssisələrinin tələbələri arasında güllə atıcılığı üzrə "Mahir nişançı” VIII respublika turniri keçiriləcək.
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən yarışda respublikanın 23 ali təhsil müəssisəsindən 100-ə yaxın tələbə iştirak edəcək.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə keçirəcəyi turnirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçməsi üçün hazırlığın yüksəlməsinə kömək göstərməkdir.