"Kopenhagen" - "Bayer" oyununda qalib müəyyənləşmədi 

"Kopenhagen" - "Bayer" oyununda qalib müəyyənləşmədi 

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha bir oyun keçirilib. 
Olimpnews.az xəbər verir ki, ilk turunun oyunları çərçivəsində Danimarkanın "Kopenhagen" komandası doğma meydanda Almaniyanın "Bayer" klubu ilə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib -2:2. Beləliklə, hər iki komanda meydandan bir xalla ayrılıb. 
Qeyd edək ki, "Kopenhagen" klubu növbəti oyununu oktyabrın 1-də Bakıda Tofiq Bəhramov adına respublika stadionunda "Qarabağ" klubuna qarşı keçirəcək.