Madrid "Real"ının braziliyali hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının diqqətindən hələ də yayınmayıb.
Olimpnews.az jurnalist Ekrem Konusun yaydığı məlumata istinadən xəbər verir ki, Əl-hilal" Vinisius üçün təxminən 100 milyon avro xərcləməyə hazırdır. 
Məlumat üçün bildirək ki, Vinisiusun Madrid klubu ilə müqaviləsi 2027-ci ildə başa çatır. Transfermarkt 25 yaşli vingerin dəyərini 170 milyon avro (dünyada beşinci ən yüksək) ilə qiymətləndirir.
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

