İspaniyanın "Barselona" klubu futbol üzrə Çempionlar Liqasının əsas mərhələsinə qələbə ilə başlayıb. 
Olimpnews.az xəbər verir ki, kataloniyalılar Liqa mərhələsinin ilk turunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşıblar. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda vurulan hər üç qol ikinci hissədə qeydə alınıb. "Barselona"nın heyətində Markus Reşford iki qolla yadda qalıb. O, 58 və 67-ci dəqiqələrdə fərqlənib. Meydan sahibləri 90-cı dəqiqədə Qordanın qolu ilə ümidlənsələr də, bundan artığına gücü çatmayıb. Beləliklə, Hans-Diter Flikin komandası Liqa mərhələsinə mühüm səfər qələbəsi ilə start veriblər. 
"Barselona" İngiltərədən üç xalla qayıdır
            
                                    
                                    
                                    
                                    
                            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

