Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medved mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq "Qran-pri” turniri keçiriləcək. Turnirdə yığma komandamızı üç qadın və bir sərbəst güləşçi təmsil edəcək.
Məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Müslümov (65 kq) yollanacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.