"Kayrat"ın baş məşqçisi Rafael Urazbaxtin Çempionlar Liqasının ilk turunda "Sportinq"ə qarşı görüş barədə danışıb. "Bu, bizim üçün məyusedici nəticədir. Buraxdığımız qollara görə yox, 5 dəqiqə ərzində 3 qol buraxdığımıza görə özünüm qınayıram. Fasilədə bəzi düzəlişlər etdik. İkinci hissənin ilk 15 dəqiqəsində bir özümüzə gəlmişdik. Biz yarım saatdan sonra meydanda Madrid "Real"ı ilə növbəti matçın hazırlıqlarına başladıq", - deyə Sports.kz saytı Urazbaxtindən sitat gətirib.
"Meydanda Madrid "Real"ı ilə növbəti matçın hazırlıqlarına başladıq"
