İtaliyalı futbolçu Federiko Kyezanın "Liverpul"dan ayrılacağı söylənilir.
Olimpnews.az "Football Insider"in məlumatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun mersisaydlıları tərk etmək imkanı var. Ona Səudiyyə Ərəbistanı klublarından təklif gəlib. Məlumat üçün bildirək ki, İngiltərədə transfer pəncərəsi sentyabrın 23-nə qədər açıqdır.
Kyezaya "Liverpul"da ehtiyac yoxdur
