""Real" tez-tez penaltilər qazanır. Çünki…"

""Real" tez-tez penaltilər qazanır. Çünki…"

“Espanyol”un hücumçusu Xavyer Puado Madrid “Real”ının lehinə tez-tez penaltilərin verilməsi barədə danışıb. "Real" tez-tez penaltilər qazanır. Çünki onların çox yaxşı oyunçuları var. Onlar rəqibin cərimə meydançasına daha tez çatırlar. Bu, topla çox oynayan oyunçular üçün normaldır", - deyə kapitan jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, sentyabrın 20-də İspaniya La Liqasının 5-ci turu çərçivəsində “Espanyol” səfərdə “Real”la qarşılaşacaq.