Roma polisi A Seriyasının dördüncü turu çərçivəsində keçiriləcək “Roma” - “Latsio” matçına hazırlaşır.
Olimpnews.az Gazzetta.it saytına istinadən xəbər verir ki, sentyabrın 21-nə planlaşdırılan matç üçün 60 mindən çox tamaşaçı və təxminən 2,2 milyon avro gəlir gözlənilir. Bildirilir ki, son məğlubiyyətlərə baxmayaraq, bazar günü keçiriləcək Roma derbisinə azarkeşləri arasında yüksək maraq var. Matçdan əvvəl, oyun zamanı və oyundan sonra baş verə biləcək toqquşmalarla bağlı narahatlıq yüksək olaraq qalır. Belə ki, "Roma"nı "Atletiko Madrid", "Panatinaikos" və "Dinamo Zaqreb"dən olan azarkeşlər də dəstəkləyəcəklər. "Latsio"nu "Vest Hem, "Visla", "Levski Sofia" və "Lokomotiv Leypziq"dən olan azarkeşlər dəstəkləyəcək.
Şəhər hakimiyyəti artıq bütün təhlükəsizlik variantlarını nəzərdən keçirir. Paytaxt polisi tam hazırlıq vəziyyətinə gətirilib.